EN

Bakıda irigövdəli ağac TƏHLÜKƏ yaradır - Sakinlərdən ŞİKAYƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti 80/1 ünvanında yerləşən yaşayış binasının həyətində irigövdəli ağac təhlükəli vəziyyət yaradıb.
Oxu.Az xəbər verir ki, ərazidə yaşayan sakinlərin Xəzər TV-yə bildirdiyinə görə, ağacın altından nə özləri keçə, nə də avtomobillərini park edə bilirlər.
Onlar güclü külək əsən zaman ağacın aşmasından ehtiyat edirlər.
Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, gələn həftənin iş günlərində əraziyə baxış keçiriləcək və təhlükənin aradan qaldırılması üçün lazımi tədbirlər görüləcək.
Ətraflı süjetdə:
Chosen
43
33
oxu.az

10Sources