Tyaqo Alkantara yenidən “Barselona”ya qayıdacaq.
İnsayder Fabritsio Romanonun məlumatına görə, Braziliyalı sabiq futbolçusu İspaniya klubunun məşqçilər heyətinə daxil olacaq. Alkantaranın növbəti həftə komandaya qoşulacağı gözlənilir.
Tyaqo “Barselona”da 2004-13-cü illərdə çıxış edib. O, ötən mövsümün əvvəlində qısa müddətdə məşqçi təcrübəsi qazanmaq üçün komandaya qayıtmışdı.