EN

Milli komandada zəruri dəyişiklik

Fransa yığmasında ciddi itki baş verib.

"Football-plus.az" xəbər verir ki, Usman Dembele DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə oyununda (2:0) zədə alıb və heyətdən çıxarılıb. Artıq onun əvəzləyicisi məlum olub. Usmanın əvəzinə “Əl-Nəssr”in futbolçusu Kinqsli Koman milli komandaya çağırılıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Fransa yığması DÇ-2026-nın seçmə mərhəlsində Azərbaycan ilə eyni qrupda mübarizə aparır. Millimiz bu komanda ilə ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək.

Chosen
66
1
football-plus.az

2Sources