EN

“Ulduzların oyunu”nun formatı dəyişir

2026-cı ildə keçiriləcək MBA Ulduzlarının oyunu hərəsində 8 oyunçu olan üç komandanın (ABŞ-nin iki yığması və dünya yığması) iştirak etdiyi dairəvi turnirdən ibarət olacaq.

ESPN-in yaydığı xəbərə görə, MBA rəhbərliyi və Oyunçuların Həmkarlar İttifaqı bu variantın üzərində dayanıb.

Amerikalı oyunçulardan ibarət iki komandanın və başqa ölkələrin basketbolçularından qurulan komandanın bir-biri ilə qarşılaşması gözlənilir. Hər oyunda hissə 12 dəqiqədən ibarət olacaq. 2026-cı ildəki Ulduzların oyunu gələn il fevralın 15-də “Klippers”in ev oyunlarını keçirdiyi “İntuit Doum”da təşkil olunacaq.

Chosen
44
football-plus.az

1Sources