EN

İkinci Liqada 2025/2026-cı illər mövsümünə start verildi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 1-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Göygöl” – “Araz Saatlı” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Quba” “Qaradağ Lökbatan”la ev oyununda inamlı qələbəyə sevinib. Üç qolun qeydə alındığı “Şirvan” – “Şəmkir” matçında isə qonaqlar çətinliklə də olsa, qalib gəliblər.

İlk turun qalan oyunları sabah keçiriləcək. Bütün oyunlara saat 16:30-da start veriləcək.

İkinci Liqa
1-ci tur

6 sentyabr

“Quba” – “Qaradağ Lökbatan” 2:0
Qollar: Vüsal Hüseynov, 45+3-öz qapısına. Vidadi Cəfərov, 90+3.
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Kərim Zeynalov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Quba Olimpiya İdman Kompleksinin stadionu.

“Şirvan” – “Şəmkir” 1:2
Qollar: Qərib İbrahimov, 81 – Tural Məmmədzadə, 29. Cavidan Rəhimli, 41.
Hakimlər: Əkbər Əhmədov, Kamran Bayramov, Sadiq Əliyev, İslam Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu.

“Göygöl” – “Araz Saatlı” 1:1
Qollar: Ziyabil Məmmədov, 21 – Yaqub Yusubov, 30.
Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Ruslan Məmmədov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu.

7 sentyabr

“Kür-Araz” – “Ağdaş”
Hakimlər: Niyaz Əhmədov, Şirmamed Mamedov, Əkbər Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.

“Dinamo” – “Xankəndi”
Hakimlər: Sənan Bayramzadə, Zöhrab Abbasov, Cavid Ömərov, Vüqar Həsənli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu.

“Ağstafa Gəncləri” – “Şəki”
Hakimlər: İslam Məmmədov, Ağadur Mahmudov, Elvin Mədətov, Emin Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu.

error: Məzmun qorunur!
Chosen
66
2
arena.az

10Sources