EN

NASA görüntüləri YAYDI: Urmiya gölü xəritədən silindi

NASA-nın son peyk görüntüləri Urmiya gölünün demək olar ki, tamamilə quruduğunu və geniş duz çölünə çevrildiyini göstərib.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, mütəxəssislər qurumanın əsas səbəblərini uzunmüddətli quraqlıq, iqlim dəyişikliyi, su anbarlarının tikilməsi və kənd təsərrüfatında həddindən artıq su istifadəsi ilə izah edirlər.

Gölün yox olması ekosistemdə ciddi fəsadlara yol açıb:

• su quşlarının azalması,
• havaya duz və zərərli tozların qalxması,
• insan sağlamlığı üçün yeni risklərin yaranması.

Alimlərin fikrincə, Urmiya gölü təbii balansını tam itirib və region ekoloji fəlakət astanasındadır.

Musavat.com

Chosen
89
1
musavat.com

10Sources