EN

Yaxın günlərdə Ermənistanda Serdar Kılıç və Ruben Rubinyanın görüşü planlaşdırılır

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə KİV-lərinin Ermənistan və Türkiyə nümayəndə heyətlərinin “Marqarə-Alican” sərhəd-keçid məntəqəsinin fəaliyyətinə dair gələn həftə keçiriləcək görüşlə bağlı məlumatını təsdiqləyib.

Aznews.az xəbər verir ki, bu barədə ER XİN-in mətbuat katibi Ani Badalyan sosial şəbəkədə paylaşım edib.

“Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi çərçivəsində yaxın günlərdə Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılıb,” – deyə respublikanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Chosen
21
6
aznews.az

7Sources