EN

"El şənliklərimiz və yas mərasimlərimizdəki israfçılıq az qala həyat tərzinə çevrilməkdədir"VİDEO

"El şənliklərimiz və yas mərasimlərimiz adət-ənənələrimizə zidd formada təşkil olunur, israfçılıq az qala həyat tərzinə çevrilməkdədir".

Xezerxeber.az-ın məlumatına görə, bu fikirlər Milli QHT forumunun toy və yas mərasimlərindəki israfçılıqla bağlı təşkil etdiyi ictimai müzakirədə səsləndirilib.

Onun sözlərinə görə, təkcə yas mərasimlərində deyil, toylarımızda da israfın qarşısı alınmalıdır.

Müzakirələrdə mərasimlərdəki israfçılığının qarşısının alınması üçün təkliflər səsləndirilib.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, bu məsələdə şəxsi nümunələr çox vacibdır.

Bəzi ekspertlər isə israfın qarşısının alınması tədbirlərinin effektli olması üçün qanuni müdaxilələrin qaçılmaz olduğunu bildirirlər.

Tədqiqatçı Dilqəm Əhməd isə deyib ki, keçirilən mərasimlərdə israfçılıq son 20-30 ilin məhsuludur, əvvəllər bu qədər dəbdəbəli keçirilmirdi. Hətta tanınmış ictimai xadimlərdən də öz vəsiyyətlərində buna qarşı çıxanlar olub.

O da bildirildi ki, ictimai müzakirədə səsləndirilən təkliflərin hər biri Milli QHT Forumu tərəfindən ümumiləşdirilib əlaqədar qurumlara təqdim ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
62
xezerxeber.az

1Sources