EN

OPEC+ ölkələri oktyabrda hasilatı artırmağa razılaşıb

OPEC+ ölkələri oktyabrda neft hasilatının növbəti dəfə artırılması ilə bağlı prinsipial razılığa gəliblər.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qrup üzvlərinin bazar günü onlayn danışıqlar zamanı gündəlik hasilatın 137 min barel artırılmasını təsdiqləyəcəyi gözlənilir.

“Bloomberg” mənbələrə istinadən bildirib ki, ölkələr qiymətləri saxlamaq əvəzinə bazar payını qazanmaq lehinə siyasətini dəyişməyə diqqət yetirir.

MənbəREPORT
Chosen
95
4
banker.az

5Sources