EN

Biləcəri yolunda baş verən qəzanın məsuliyyətini Avtomobil Yolları Dövlət Agentliyi daşıyır

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Dünən Biləcəri enişində baş verən dəhşətli qəzanın əsas səbəbi yol infrastrukturunun düzgün qurulmamasıdır".Newscenter.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ildə iki dəfə ağır tonnajlı yük maşınlarını iştirakı ilə ölümlə nəticələnən qəza olur:"Qəza baş verən sərt dönüş olan yol bağlanmayib. Əsas məsuliyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daşıyır. Əgər, tədbir görülməyəcəksə, dünənki kimi ağır nəqliyyat faciələri yaşanacaq. Nə birinci, ne sonuncu olacaq. Oradakı sərt döngə ləğv edilməli və yol düzgün qurulmalıdır".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
66
1
newscenter.az

2Sources