EN

Mayk Pens: Ukrayna məğlub olsa, Rusiya NATO-ya hücum edəcək

Ukrayna məğlub olarsa Rusiya qaçılmaz olaraq NATO ölkələrindən birinin sərhədini keçməyə cəhd göstərəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pens deyib.

O qeyd edib ki, Kreml hərbi əməliyyatlarını genişləndirərsə, ABŞ və NATO müttəfiqləri "Putinə hərbi yolla müqavimət göstərmək" məcburiyyətində qalacaqlar:

"Bu qarşıdurmada ABŞ dəstəkləyici rol oynayacaq, Avropalı müttəfiqlər isə ön cəbhədə olmalı olacaqlar".

Mayk Pens həmçinin, Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayan "istəklilər koalisiyasını" tərifləyib. Onun fikrincə, bu təşəbbüslər davamlı sülh üçün zəmin yaradır və Kremli Qərblə hesablaşmağa məcbur edir.
Chosen
36
2
sherg.az

3Sources