EN

Tarixi görüş: Türkiyə və Ermənistan nümayəndələri ilk dəfə üz-üzə gələcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə və Ermənistan ilk dəfə iki ölkə nümayəndə heyətləri arasında görüş keçirməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı diplomatik mənbələrə istinadla xəbər verir.
Görüşün gələn həftənin əvvəlində baş tutması planlaşdırılır. Bu çərçivədə Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətinin Alican sərhəd məntəqəsindən keçərək Ermənistana getməsi gözlənilir.
Görüş zamanı Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması üçün bəzi qərarların qəbul edilməsi və daha əvvəl qəbul edilmiş qərarların icrası müzakirə oluna bilər.
Chosen
82
20
oxu.az

10Sources