1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun Çuxanlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, BMW markalı avtomobil yolu keçən naməlum kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma davam edir.