Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Xanımlar, ehtiyyatlı olun! Göbək iynələri vurdurmayın!"
Axşam.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial media hesabında yazıb. O, xanımları arıqlamaq üçün vurulan iynələrdən uzaq durmağa çağırıb:
"Mənim çox sevdiyim həkim mədəsini kəsdiribmiş, ardınca da o bahalı göbək iynəsindən vurub ki, lap fit olsun. 60 kiloqram çəki atıb. Bu, normal deyil. İndi komada həyat mübarizəsi aparır. Allah onu gözəl balalarına bağışlasın.
Sadəcə un və şəkəri rasiondan çıxarmaqla sağlam arıqlamaq olur. Özgüvəniniz olsa, artıq çəki dərd deyil. Özünüzü qoruyun. Evlər qadınsız olmasın".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.