Milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasilədən istifadə edən “Şamaxı” yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Birinci Liqa təmsilçisi “Zaqatala” ilə üz-üzə gəlib.
Ayxan Abbasovun kollektivi bu rəqibini 2:0 hesabı ilə məğlub edib. Premyer Liqa təmsilçisinin heyətində Alfons Msanqa və Nihat Mehralıyev fərqləniblər.
Xatırladaq ki, “Şamaxı” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hələ qələbə qazanmayıb. Ayxan Abbasovun kollektivi keçirdiyi 3 oyunda 2 heç-heçə və 1 məğlubiyyət görüb. Əyalət təmsilçisi topladığı 2 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Sözügedən komanda çempionatdakı növbəti matçını sentyabrın 14-də doğma meydanda “Karvan”a qarşı keçirəcək.