EN

Avropa çempionatı: Azərbaycanın airbadminton üzrə millisi finala yüksəlib

Avropa Oyunları Parkında Airbadminton üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, yarımfinalda Bolqarıstan seçmə kollektivinə 60:43 hesabı ilə qalib gələn Azərbaycan millisi finala yüksəlib.

Komanda həlledici qarşılaşmada Almaniya yığması ilə qarşılaşacaq. Final qarşılaşması bu gün saat 20:30-da başlayacaq. 

Chosen
8
7
missiya.az

9Sources