EN

Əfqanıstanda zəlzələdən sonra sağ qalanların axtarışı başa çatdı

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Əfqanıstan hakimiyyəti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını başa çatdırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına Kunar əyalətinin qubernatoru Qüdrətullah Əbu Həmzə məlumat verib.

“Zəlzələdən sonra sağ qalanların axtarışı başa çatıb. Ölənlərin sayı 2204 nəfərə çatıb, 4000-ə yaxın insan isə yaralanıb”, - o bildirib.

Zəlzələnin episentrinin yerləşdiyi rayonun rəhbəri qeyd edib ki, hakimiyyət zərərçəkənləri və məcburi köçkünləri yerləşdirmək üçün ciddi çadır çatışmazlığı ilə üzləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
12
yeniavaz.com

10Sources