EN

Bu ilin ikinci rübündə Avropa İttifaqında ÜDM 0,2, məşğulluq isə 0,1 faiz artıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Berlin, 6 sentyabr, AZƏRTAC

Bu ilin ikinci rübündə avrozonada ümumi daxili məhsul (ÜDM) əvvəlki rüblə müqayisədə 0,1 faiz, Avropa İttifaqında (Aİ) isə 0,2 faiz artıb. Birinci rübdə bu göstəricilər müvafiq olaraq, 0,6 və 0,5 faiz olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin - “Eurostat”ın hesabatında bildirilib.

Hesabata əsasən, ÜDM 2024-cü ilin eyni dövrü ilə müqayisədə avrozonada 1,5, Aİ-də isə 1,6 faiz artıb. İqtisadi göstəricilərdə üzv dövlətlər üzrə ciddi fərqlər müşahidə olunub. Ən yüksək artım Danimarkada (+1,3 faiz), Xorvatiya və Rumıniyada (hər ikisində +1,2 faiz) qeydə alınıb. Eyni zamanda, Finlandiya (-0,4 faiz), Almaniya (-0,3 faiz) və İtaliya (-0,1 faiz) kimi iri iqtisadiyyatlarda geriləmə baş verib.

Məşğulluq göstəriciləri də cüzi artım nümayiş etdirib. Avrozonada və Aİ-də məşğulluq səviyyəsi əvvəlki rüblə müqayisədə 0,1 faiz yüksəlib. İllik müqayisədə isə avrozonada 0,6 faiz, Aİ-də isə 0,4 faiz artım qeydə alınıb. Məşğulluğun ən yüksək artımı Bolqarıstan (+1,1 faiz), İspaniya və Maltada (hər ikisi +0,7 faiz) müşahidə edilib. Ən kəskin azalma isə Litva (-0,9 faiz), Yunanıstan və Xorvatiyada (hər ikisi -0,5 faiz) baş verib.

“Eurostat”ın qiymətləndirməsinə görə, 2025-ci ilin ikinci rübündə Aİ-də 219,9 milyon nəfər, o cümlədən avrozonada 171,6 milyon nəfər məşğul əhali olub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
99
3
azertag.az

4Sources