EN

Santuş hər yerdən qovulub, AFFA başını itirib Ekspert

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

Dünən Azərbaycan millisi İslandiyaya 0:5 hesabı ilə məğlub oldu. Oyundan sonra hər kəs baş məşqçi Fernandu Santuşun istefasını gözləsə də, o bunu etmədi. Əksinə, məsuliyyətin yalnız özündə olmadığını vurğuladı. Qarşıda millimizi Ukrayna ilə oyun gözləyir. Həm futbolçular, həm də azarkeşlər bu görüşdən böyük ümidli deyil. Əgər nəticə yenə də uğursuz olarsa, Santuşun baş məşqçi postundakı taleyi ciddi sual altında qalacaq.

Futbol eksperti Emin Abbasov Metbuat.az-a açıqlamasında bildirib ki, F.Santuş ölkəmizə gələndə artıq bir məşqçi kimi bitmiş biriydi:

"Bunu bir il əvvəl deyirdik də, yazırdıq da. Təəssüf ki, həm əvvəlki, həm də indiki AFFA rəhbərliyi milli komandaya baş məşqçi seçimi edərkən adlara baxır, tanınmış əcnəbilərə düşkünlük sindromu yaşayır".

E.Abbasov portuqaliyalı baş məşqçinin son illər çalışdığı hər yerdə uğursuz olduğunu da qeyd edib:

"Ən maraqlısı odur ki, heç yerdə istefa verməyib, qovulub və təzminat alıb. Dünənki açıqlamasından da görünür ki, Azərbaycandan da pulunu son qəpiyinə kimi almayana qədər gedəsi deyil. Qarşıda təbii ki, daha pis nəticələr gözləyir millini. AFFA özünü elə bir dolaşığa salıb ki, nə çıxara bilir Santuşu, nə də saxlaya. Ona görə qərarsızdırlar, başlarını itiriblər".

Qeyd edək ki, Azərbaycan - Ukrayna görüşü sentyabrın 9-da Bakıda keçiriləcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
87
2
metbuat.az

10Sources