EN

Luis Enrike velosipeddən yıxıldı - Körpücük sümüyü sındı

PSJ-nin baş məşqçisi Luis Enrike velosiped qəzası keçirib və nəticədə körpücük sümüyünü qırıb.

Avtosfer.az-ın Fransa mediasına istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis dərhal xəstəxanaya aparılıb.

Məlumata əsasən, Enrikenin əməliyyat olunacağı gözlənilir.

Xatırladaq ki, L. Enrike 2023-cü ilin yayında Paris təmsilçisinə baş məşqçi gətirilib. Onun rəhbərliyi ilə komanda ötən mövsüm Çempionlar Liqasının, Fransa çempionatının, ölkə kubokunun və superkubokunun qalibi olub.

 

 

Chosen
66
1
avtosfer.az

2Sources