EN

Xızıda faciə: 37 yaşlı fəhlənin üzərinə darvaza aşdı

Xızıda üzərinə darvaza aşan 37 yaşlı şəxs vəfat edib.

News24.az-ın əldə etdiyi məlumata görə, sentyabrın 5-i gecə saat 01:00 radələrində Xızı rayonu Sitalçay kəndi ərazisində yerləşən “Giləzi” quşçuluq fabrikində faciə baş verib.

Məlumata əsasən, müəssisədə çalışan Siyəzən rayon sakini, 1988-ci il təvəllüdlü Ceyhun Qəzənfər oğlu Həsənovun üzərinə darvaza aşıb. Xəstəxanaya yerləşdirilən C.Həsənov orada vəfat edib.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.


Chosen
120
news24.az

1Sources