EN

Politico: Pentaqonun adının dəyişdirilməsi ABŞ-ə milyardlara başa gələ bilər - ÖZƏL

ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilərək "Müharibə Nazirliyi" (Department of War) adlandırılması Vaşinqtona milyardlarla dollara başa gələ bilər. Olaylar.az xəbər verir ki, bu barədə Politico qəzeti yazıb. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın cümə günü imzaladığı fərman yalnız "kosmetik dəyişikliklər" nəzərdə tutur, lakin bu dəyişikliklərin hərbi problemlərin həllinə heç bir ciddi təsiri olmayacaq. Nazirlik əməkdaşlarının əksəriyyəti qərarı narazılıq, qəzəb və təəccüblə qarşılayıb. "Bu addım yalnız daxili siyasi auditoriya üçün atılıb. Xərclər milyonlarla, bəlkə də milyardlarla dollar təşkil edəcək, amma Çinin və ya Rusiyanın hərbi hesablamalarına təsir göstərməyəcək. Daha da pisi, rəqiblərimiz bu qərarı ABŞ-i müharibə təşəbbüskarı və dünya sabitliyinə təhdid kimi təqdim etmək üçün istifadə edə bilərlər", - deyə Pentaqonun keçmiş əməkdaşı Politico-ya bildirib. Qəzetin yazdığına görə, nazirliyə tabe olan qurumların simvolikasının dəyişdirilməsi 40 ölkədə və ABŞ-nin bütün 50 ştatında 700 mindən çox obyektə şamil ediləcək. Bu, altı qoşun növü və Pentaqona bağlı agentliklərin rəsmi blanklarının yenilənməsindən tutmuş, yeməkxanalardakı tısma salfetlər, Senat tərəfindən təsdiqlənmiş məmurların geyimlərindəki loqotiplər, həmçinin suvenir mağazalarındakı brelok və xırda əşyaların dəyişdirilməsinə qədər geniş sahəni əhatə edir. Politico qeyd edir ki, rəsmi ad dəyişikliyi böyük ehtimalla Konqresin müvafiq qanun qəbul etməsini tələb edəcək. Lakin qəzetin mənbəsinin sözlərinə görə, Ağ Ev bu təşəbbüsü qanunverici orqandan yan keçməklə həyata keçirməyin yollarını axtarır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
21
olaylar.az

10Sources