EN

Pentaqon Trampın qərarına etiraz edir: Bu, milyardlarla dollara başa gələcək

Pentaqon rəsmiləri ABŞ prezidenti Donald Trampın Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyi adlandırılması ilə bağlı fərmanından narazıdırlar.

Publika.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

"Bir çoxları milyardlarla dollara başa gələcək və ordunun ən aktual ehtiyaclarını həll etmək üçün ciddi əhəmiyyət kəsb etməyən dəyişikliyə görə məyusluq, qəzəb və çaşqınlıq ifadə edib", - deyə məlumatda qeyd olunur.

Rəsmilərin narazılığına səbəb olan bu qərara əsasən 40 ölkədə və 50 ştatın hamısında 700 mindən çox hərbi obyektdə Müdafiə Nazirliyinin möhürləri dəyişdirilməlidir. Onlar həmçinin bildiriblər ki, bununla Pentaqon mağazasında blankları, yeməkxana salfetlərini, işçi gödəkçələrini və suvenirləri də dəyişmək lazım olacaq ki, bu da böyük vəsait və vaxta başa gələcək.

Chosen
2
publika.az

1Sources