EN

Biləcəridəki qəza ilə bağlı TƏBİB dən açıqlama

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

 Hurriyyet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. 

Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunub.

Bir kişinin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
10
hurriyyet.az

10Sources