Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedi Qasım-Jomart Tokayevin dəvəti ilə sentyabrın 9-10-da Qazaxıstanda dövlət səfərində olacaq.
Opeartiv Media xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək üçün yüksək səviyyəli danışıqlar aparılacaq.