Nəşr senatorun 2020-ci ildə yazdığı məqaləni də xatırladıb. Həmin yazıda Malin ABŞ şirkətlərinin Gürcüstanda qarşılaşdığı çətinliklərdən bəhs edirdi. O vaxt "Conti Group" Qara dənizdəki 600 milyon dollarlıq liman layihəsini icazə ala bilmədiyi üçün dayandırmış, "Frontera" şirkəti isə sərt tənzimləmələrlə üzləşmişdi.
Malin The Hillə bildirib ki, indi "Frontera" ilə heç bir əlaqəsi yoxdur və 18-24 aydır şirkətlə təmas qurmayıb. Ancaq məlumata görə, "Frontera"nın təsisçisi Stiv Nikandros 2020-ci ildən bəri senatorun seçki kampaniyalarına 6000 dollara yaxın ianə edib. Konqresdəki respublikaçı dairələr Malinin Gürcüstan hökuməti ilə bağlı optimizmini anlaşılmaz sayır. Onların fikrincə, Malin Tbilisidə "Çin və İranı müdafiə edən rejimi" qorumaq istiqamətində addımlar atır. Senator Gürcüstandakı 2024-cü ilin parlament seçkilərinin nəticələrini qiymətləndirməkdə tərəddüd etdiyini də deyib: "Orada müşahidəçilərimiz olub, amma bəlkə də köhnəfikirliliyimdir, mən şəxsən görməyi üstün tuturam". Malin sonuncu dəfə Gürcüstanda 2021-ci ildə olub və yenidən səfər etməyi planlaşdırır. Respublikaçı senator Rodjer Uiker isə bildirib ki, "MEGOBARI Aktı" NDAA-ya düzəliş şəklində əlavə oluna bilər. Demokrat senator Cin Şahin də vurğulayıb ki, layihənin hər iki partiyanın dəstəyi var və o, respublikaçılarla birlikdə onun qəbuluna çalışacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31