EN

Bakıda yük maşını "Changan" ın üstündə AŞDI - 1 ölü, 3 yaralı- FOTO

Sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobili 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşıb.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Chosen
6
8
avtosfer.az

10Sources