EN

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı

BAKI, 6 sentyabr. TELEQRAF

Sentyabrın5-də ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Chosen
9
49
teleqraf.com

10Sources