EN

Sübhan Mamedov dünya çempionatında ilk görüşündə qələbə qazanıb

İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin De Los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.

Azərbaycan boksçuları İngiltərədə keçirilən dünya çempionatında iştirak edəcəklər

Millimiz dünya çempionatına 11 boksçu ilə qatılacaq

Boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Çində 4 medal qazanıblar

Azərbaycan millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək

Chosen
49
15
apasport.az

10Sources