EN

Zelenski Putinə görüş üçün yeni şəhər təklif etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinin Moskvada danışıqlar aparmaq təklifini rədd edib və əvəzində onu Kiyevə dəvət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
"O, Kiyevə gələ bilər. Ölkəm hər gün raket hücumları altında olarkən mən Moskvaya gedə bilmərəm. Mən bu terrorçunun paytaxtına gedə bilmərəm", - deyə Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, əslində Putinin təşəbbüsü görüşü təxirə salmaq məqsədi daşıyır. Onun sözlərinə görə, əgər kimsə müharibə şəraitində görüşmək istəmirsə, o zaman qarşı tərəf üçün qəbuledilməz bir şərt irəli sürə bilər.
Xatırladaq ki, Vladimir Putin sentyabrın 3-də Zelenskinin görüşə "hazır olacağı" təqdirdə, bu görüşün Moskvada keçirilə biləcəyini bəyan etmişdi.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp artan qeyri-müəyyənliyə baxmayaraq, Rusiya ilə Ukrayna arasında sülh sazişinə sadiq qaldığını vurğulayıb. O, tərəflərin hələ sammitə hazır olmadığını qeyd edib.
Tramp çıxışında danışıqlarla bağlı mövqeyini həm realist, həm də nikbin adlandırıb və prosesdəki çətinliklərin uğurla dəf olunmasını diqqətlə izlədiyini bildirib.
Chosen
18
43
oxu.az

10Sources