“Başdan demişdilər ki, əlimizdən gələni edəcəyik! Əllərindən gələni söz verdikləri kimi etdilər!”
“Yeni Sabah” xəbər verir ki, bu ironik fikirləri millət vəkili Fazil Mustafa futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində səfərdə İslandiyaya 5:0 hesablı məğlubiyyətinə münasibət bildirərkən sosial şəbəkədə yazıb.
Millət vəkili qeyd edib ki, futbolçular əlləri ilə nə topa toxundular, nə də qol vurdular: pizza hut
“5-0 fikrimcə faciəli hesab deyil! Futbol idarəçiliyində beşcə nəfər futbol anlayan adam olmayanda hansı ağılla İslandiya səfərindən qələbə və ya heç-heçə gözləyirdiniz?
Ancaq nədənsə futbolçularımız ayaqlarından gələni edə bilmədilər! Sadəcə ağlına gələnləri etdilər və sevindirici nəticə göz qabağındadır! Allahı sevərsiniz, növbəti oyunda ayağınızdan gələni etməyə söz verin!”
Telegram kanalımız