EN

ÜST bu xəstəliklə bağlı beynəlxalq fövqəladə hal rejimini ləğv etdi

Meymunçiçəyi epidemiyasına görə tətbiq olunan beynəlxalq fövqəladə hal rejimi ləğv edilib.

Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus açıqlayıb.

Afrikada meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar bir ildən artıqdır ki, fövqəladə vəziyyət rejimi elan edilmişdi. Beynəlxalq səhiyyə qaydalarına uyğun olaraq çağırılan fövqəladə hallar komitəsi epidemiya ilə əlaqədar vəziyyəti qiymətləndirmək üçün hər üç aydan bir toplanır. Son toplantıda komitə meymunçiçəyinin artıq ictimai səhiyyə ilə bağlı beynəlxalq səviyyədə narahatlıq doğuran fövqəladə hal təşkil etmədiyinə qərar verib.

Chosen
25
9
publika.az

10Sources