EN

Tramp: Aİ ABŞ texnologiya şirkətlərini cərimələməkdə davam edərsə, onlara tarif tətbiq edəcəyik

ain.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 6 sentyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ABŞ texnologiya şirkətlərini cərimələməkdə davam edərsə, Prezident Donald Tramp onlara qarşı tarif tətbiq edəcək.

AZƏRTAC xəbər veirr ki, bu barədə “Truth” sosial şəbəkəsindəki hesabında yazan Tramp Avropa İttifaqının “Google”u 3,5 milyard dollar cərimə etməsinin çox ədalətsiz olduğunu bildirib.

Onun sözlərinə görə, Aİ ABŞ şirkətlərini cəzalandırmaqda davam edərsə, 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə uyğun rüsumundan istifadə edəcək.

Prezident Aİ-nin “Apple”a tətbiq etdiyi cəriməyə də etiraz edib.

Qeyd edək ki, Tramp Ağ Evdə texnoloji şirkətlərin rəhbərləri və təsisçiləri ilə nahar edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
1
azertag.az

2Sources