EN

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında tarixi Birgə Bəyannamənin imzalanması münasibətilə “ACWA Power” şirkəti adından Sizə və məğrur Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan 44 günlük Vətən müharibəsində suverenliyini və ərazi bütövlüyünü bərpa edərək qətiyyətli qələbə qazandı. Bu gün Siz həmin hərbi uğuru regionun gələcəyini formalaşdıracaq, ədalətli və davamlı sülhü təmin edən diplomatik zəfərə çevirdiniz.

Bu nailiyyət Sizin ölkənizin sabitliyinə və firavanlığına qəti sadiqliyinizlə yanaşı, həm də çağırışları davamlı tərəqqi üçün imkanlara çevirərək uzaqgörənliklə və əzmkarlıqla rəhbərlik etmək bacarığınızı göstərir.

Biz “ACWA Power” şirkəti olaraq Azərbaycanın tarixində bu mühüm məqamın şahidi olmaqdan şərəf duyuruq və sülhün, əməkdaşlığın bu yeni dövründə ölkənin dayanıqlı inkişafını dəstəkləməyə sadiq qalırıq.

Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycanın daha parlaq gələcəyi ilə bağlı fəaliyyətinizdə davamlı uğurlar diləyir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 Məhəmməd Əbunəyyan

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və

Direktorlar Şurasının sədri

Chosen
25
22
azerbaijan-news.az

10Sources