EN

Tramp Pentaqonu “Müharibə Nazirliyi” adlandıracaq

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını dəyişmək qərarına gəlib.

Editor.az xəbər verir ki, Sky News-un məlumatına görə, dövlət başçısı yaxın günlərdə Pentaqonun rəsmi sənədlərində və çıxışlarda “Müharibə Nazirliyi” adından istifadə olunmasına icazə verən sərəncam imzalayacaq.

Ağ Evdən verilən açıqlamada bildirilir ki, yeni ad Müdafiə Nazirliyi ilə yanaşı əlavə rəsmi ad kimi təsbit ediləcək. Bununla da nazir Pita Hegset rəsmi tədbirlərdə və bəyanatlarda özünü “Müharibə naziri” kimi təqdim edə biləcək.

Ekspertlər hesab edir ki, bu dəyişiklik ABŞ hökumətinin ən böyük qurumunun fəaliyyətinə simvolik məna daşıyacaq və ölkənin müdafiə siyasətinə yeni vurğu gətirəcək.

//Samir Qurbanov, Editor.az

Chosen
31
editor.az

1Sources