EN

Digahda gölün sakinlərə yaratdığı PROBLEMVİDEO

Tullantı suları gölə axıdılır... Ətrafı üfunət bürüyüb...

Xezerxeber.az xəbər verir ki, Abşeron rayonu Digah qəsəbəsinin sakinləri evlərinin yaxınlığındakı gölün səviyyəsinin artdığını deyirlər. Onların sözlərinə görə, kanalizasiya xətti olmadığından hər il vəziyyət daha da ağırlaşır. İlin yağmurlu aylarında isə işləri daha da çətinləşir. Bəzi sakinlər evlərini satıb getmək istəsələr də, problem səbəbindən alan yoxdur.

Sakinlərin sözlərinə görə, müvafiq qurumlara müraciət etsələr də, məsələ öz həllini tapmayıb.

Digah Qəsəbə Bələdiyyəsindən bildirildi ki, evləri su basmaması üçün, torpaqla həmin yerə bənd vurulur. Lakin bu da problemin tam həllinə imkan vermir. Həmin əraziyə kanalizasiya çəkilməsi üçün,  Su Ehtiyatları Agentliyinə rayon rəbhərliyi tərəfindən müraciət olunub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edildi ki, qeyd olunan ərazidə mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
77
1
xezerxeber.az

2Sources