EN

Astaradakı kütləvi zəhərlənmə qarpızdan olub - VİDEO

Xəbər verdiyimiz kimi Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, zəhərlənən 15 nəfərin son vəziyyəti ilə bağlı Astara Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxslər Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.

Qeyd edilib ki, zəhərlənməyə səbəb ailə üzvlərinin yediyi qarpız olub.

Daha ətraflı videoda:



Sabutay, Bizim.Media, Cənub bürosu.

Chosen
39
bizim.media

1Sources