EN

Azərbaycan və Macarıstan arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Budapeştdə Azərbaycan Respublikası ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. İclasda Azərbaycanı Hökumətlərarası Komissiyanın həmsədri, maliyyə naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Olaylar xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə ticarət, investisiya, energetika, səhiyyə, əmək, sosial müdafiə, elm, təhsil, mədəniyyət, turizm və qida təhlükəsizliyi kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İclas çərçivəsində səhiyyə sahəsində əməkdaşlığa dair mühüm bir sənəd - Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti, "PannonPharma" və "Scandens Pharmaceuticals" şirkətləri arasında dördtərəfli Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan
Azərbaycan
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
63
11
olaylar.az

10Sources