EN

ABŞ Çinlə əməkdaşlıq edən Mərkəzi Amerika vətəndaşlarına viza məhdudiyyəti tətbiq etdi

ABŞ Çinlə əməkdaşlıq edən Mərkəzi Amerika vətəndaşlarına viza məhdudiyyəti tətbiq etdi

ABŞ Dövlət Departamenti açıqlayıb ki, Çin Kommunist Partiyası (ÇKP) ilə əməkdaşlıq edən, partiyaya dəstək verən və maliyyələşdirən Mərkəzi Amerika vətəndaşlarına viza məhdudiyyəti tətbiq edilib.

ABŞ Dövlət Departamentinin açıqlamasında Mərkəzi Amerika vətəndaşlarına tətbiq olunan yeni viza məhdudiyyətlərinin detalları paylaşılıb.

Açıqlamada bildirilir ki, ABŞ ÇKP adına fəaliyyət göstərən və bölgədə qanunun aliliyinə zərər verən fəaliyyətləri yönləndirən, təsdiqləyən, maliyyələşdirən və ya bu fəaliyyətlərə əhəmiyyətli dəstək verən Mərkəzi Amerika vətəndaşlarına vizaların məhdudlaşdırılmasını təmin edən yeni siyasətini elan edib.

Bu çərçivədə əvvəllər bu cür fəaliyyətlərdə ÇKP ilə əməkdaşlıq edən bəzi Mərkəzi Amerika vətəndaşlarına bu viza məhdudiyyətlərini tətbiq etmək üçün addımlar atıldığı və həmin şəxslərin və onların birinci dərəcəli qohumlarının ABŞ-a girişinin mümkün olmayacağı qeyd edilib.

Chosen
51
1
afn.az

3Sources