EN

Azərbaycan boksçusu dünya çempionatının 1/8 finalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatının 1/8 finalına yüksəlib.

Bu barəfə Missiya.Az federasiyadan məlumat verilib.

Milli üzvü Səidcəmşid Cəfərov (75 kq) ilk döyüşünü qələbə ilə bitirib. O, 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.

O, növbəti görüşünü ilk mərhələdən azad olan Dayqo Sunaqaya (Yaponiya) qarşı keçirəcək. Döyüş sentyabrın 9-da baş tutacaq.

Chosen
55
10
missiya.az

10Sources