BAKI, 5 sentyabr. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidmətinin müəssisəsi və obyekti təkrar hərraca çıxarılır.
Qurumdan Teleqraf-a verilən məlumata görə, hərracda Samux rayonunda yerləşən "Seyidlər üzüm emalı zavodu" müəssisəsi 41 000 manata, Şirvan şəhərində yerləşən mal tövləsi isə 20 000 manat ilkin qiymətlə satışa qoyulacaq.
Qeyd edək ki, hərrac oktyabrın 7-də baş tutaacaq. İştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur.