EN

Monrealda Azərbaycan nəfəsi: ölkəmizə sonsuz maraq (FOTO)

Bakı. Trend:

Monreal Kanada-Azərbaycan Cəmiyyəti Monrealda keçirilənOrientalys Festivalında ölkəmizi təmsil edib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, şərq xalqlarının zəngin mədəniyyətini nümayişetdirmək məqsədilə təşkil olunan festivalda Azərbaycanın qədim vəzəngin mədəniyyəti, müxtəlif bölgələri, tarixi abidələri və coğrafigözəllikləri haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi ilə nəşr olunan Etibar Cəfərovun müəllifi olduğu “TheColors of Azerbaijan” (“Azərbaycanın rəngləri”) kitabı, eləcə dəMonreal Kanada-Azərbaycan Cəmiyyətinə komitənin xətti iləgöndərilən digər bütün nəşrlər festival iştirakçılarının xüsusimarağına səbəb olub. Kitabda yer alan rəngarəng və yüksəkkeyfiyyətli fotoşəkillər vasitəsilə ziyarətçilər Azərbaycanıntəbiətini, tarixini və mədəni dəyərlərini vizual olaraq yaxındantanımaq imkanı əldə ediblər.

Festivalda qurulan Azərbaycan stendinə gələn ziyarətçilərkələğayı, araqçın və milli baş örtükləri ilə şəkil çəkdirməyə böyükmaraq göstəriblər. Bir çox iştirakçı ölkəmiz haqqında sosialşəbəkələr vasitəsilə məlumatlandığını, Azərbaycanın mədəniyyətinəvə insanlarına dərin rəğbət bəslədiyini bildirib.

Ziyarətçilər arasında Azərbaycana turist kimi səfər etməkarzusunda olanlar bu istəklərini ifadə edib, bəziləri isə Formula 1yarışları zamanı Bakıya səfər etdiklərini və odlar ölkəsinə yenidəngəlmək arzusunda olduqlarını qeyd ediblər.

Monrealda
Monrealda
Monrealda
Monrealda
Monrealda
Monrealda
Monrealda
Monrealda
Monrealda
Monrealda
Monrealda
Chosen
206
6
az.trend.az

8Sources