"Rusiya israrla Tokionu İkinci Dünya Müharibəsinin nəticələrini tam həcmdə tanımağa çağırır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Moskva eyni zamanda Yaponiyanı münaqişənin başlanmasına görə məsuliyyətini etiraf etməyə çağırır.