EN

Azərbaycan Ukraynaya "MiQ-29" qırıcısı verdi?.. - "FOKUS "-FOTO

Yazını böyüt
Yazını kiçilt

Ukrayna Hərbi Hava Qüvvələri döyüş təyyarələri parkını əvvəllər Azərbaycana məxsus olmuş "MiQ-29" qırıcıları ilə tamamlayıb.

Hafta.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bunu internetdə yayılan yeni fotolar göstərir. Onlar göy, boz və bənövşəyi-boz çalarları birləşdirən xarakterik Azərbaycan kamuflyaj boyası olan təyyarəni nümayiş etdirir.

“The War Zone”(“Hərbi zona”) araşdırma nəşrinin müşahidəçiləri internetdə yayımlanan "MiQ-29" qırıcılarının görüntülərinə diqqət çəkiblər. Qeyd edilib ki, gözə çarpan təyyarə "R-27" və "R-73" hava-hava tipli silahları daşıyaraq döyüş tapşırığını yerinə yetirib. Lakin çəkiliş tarixi və yeri məlum deyil.

Hələ 2022-ci ildə Azərbaycanın bir neçə "MiQ-29" təyyarəsinin Lvov aviasiya təmiri zavodunda təmir olunduğu və Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra Ukraynada qaldığı barədə məlumatlar yayılmışdı. Həmin təyyarələrin 2022-ci ilin martında Rusiyanın zavoda endirdiyi zərbədən sağ çıxdığı bildirilir. Onlar artıq Ukrayna Hərbi Hava Qüvvələrinə cəlb oluna bilər.

Təyyarənin rəsmi olaraq Kiyevə təhvil verilib-verilmədiyi, satıldığı və ya faktiki olaraq müsadirə edildiyi bəlli deyil. Lakin onların xidmətdə olması Ukraynanın döyüş itkiləri ilə üzləşmiş "MiQ-29" donanmasının döyüş qabiliyyətini saxlamaq imkanlarını genişləndirdiyini göstərir.

Chosen
23
hafta.az

1Sources