EN

Qızıl rekord həddə bahalaşdı -

Dünyada qızılın qiymətində müşahidə olunan davamlı artım yerli bazara da birbaşa təsir göstərir. Qlobal bazardakı bahalaşma nəticəsində daxili bazarda qızıl məmulatlarının satış qiyməti yüksəlir və bu da həm alıcıların, həm də satıcıların mövqeyinə müəyyən çətinliklər yaradır. Bəs hazırda qızılın satış qiyməti nə qədərdir? Bakıdakı qızıl mağazalarından birinin sahibi Nadir Ağaverdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, qızıl qiymətləri hər gün rekord qırır: “Hazırda 585 əyar 140–145 manat, 750 əyar qızıl isə 185 manat səviyyəsində satılır. Bu da son qiymət deyil, çünki bazarda hələlik sabitlik müşahidə olunmur. Yeni malların hansı qiymətə gələcəyi də məlum deyil. Qızıl qiyməti demək olar ki, heç olmasa bir gün sabit qalmır”. Sahibkarın sözlərinə görə, qiymət artımı səbəbindən alıcılıq qabiliyyəti xeyli aşağıdır: “Müştərilərin yeni qiymətlərə uyğunlaşması müəyyən vaxt tələb edir. Buna görə də qiymətləri ehtiyatla artırmağa çalışırıq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
110
20
metbuat.az

10Sources