EN

Fiziklərin 200 il davam edən səhvi

AzVision.az “Physical Review Letters (RRL)” jurnalında dərc olunan materiala istinadən xəbər verir ki, məsələ təzyiq və ya sürtünmə deyil, buz və onun toxunduğu səth arasındakı interfeysdə qarşılıqlı təsir göstərən dipollardadır (müsbət və mənfi yüklərin paylanma mərkəzlərinin üst-üstə düşmədiyi neytral molekul).

Ənənəvi olaraq, buz üzərində gəzinti zamanı ayaqqabıların təzyiqi və ya sürtünmə kristal qəfəsin üst qatını məhv edərək onu nazik su örtüyünəçevirdiyi düşünülürdü.

Lakin professor Martin Müzerin qrupu tərəfindən aparılan kompüter modelləri göstərdi ki, əsas rolu kristal buzdakı su molekullarının dipolları ilə ayaqqabının altındakı materialın arasındakı qarşılıqlı təsir oynayır. Bu qarşılıqlı təsir kristalın nizamlı strukturunu “pozur”, onu amorf və son nəticədə maye formaya çevirir.

“Örtük buzun təzyiq altında əridiyi üçün yox, molekulların nizamı pozulduğu üçün əmələ gəlir. Bu proses hətta son dərəcə aşağı temperaturda, -40 °C-ə qədər və daha aşağı temperaturlarda da davam edir. Yaranan maye, müəyyən mənada bal kimi yapışqanolur. Belə şəraitdə xizək sürmək demək olar ki, qeyri-mümkün olsa da, nazik örtük hələ də qalır”, -
məqalədə vurğulanır.

Müzer bildirib ki, onlar təzyiqin, nə də sürtünmənin əhəmiyyətli rol oynamadığını göstəriblər. Bütün proseslər dipolların qarşılıqlı təsirlərinə aiddir

Sahil İsgəndərov
AzVision.az
Chosen
111
1
azvision.az

2Sources