EN

Tramp Pentaqonu “Müharibə Nazirliyi” adlandınracaq


ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinə “Müharibə Nazirliyi” adının qaytarılması ilə bağlı fərman imzalayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” telekanalı Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp sentyabrın 5-də nazirliyin adının dəyişdirilməsini açıqlayacaq.
Fərmanda Müdadiə Nazirliyinin əlavə “Müharibə Nazirliyi” adlanacağı, müdaiə naziri Pit Heqsetin isə “Müharibə naziri” adını alacağı bildirilir.
Başqa sözlə, müdafiə naziri Pit Heqset rəsmi yazışmalarda, ictimai bəyanatlarda və mərasimlərdə “Müharibə naziri” və “Müharibə Nazirliyi” kimi ikinci dərəcəli titullardan istifadə etmək səlahiyyətinə malik olacaq.
Bundan əlavə, fərman bütün federal departamentlərdən və agentliklərdən daxili və xarici əlaqələrdə bu ikinci dərəcəli titulları tanımağı tələb edəcək.
Fərman həmçinin Heqsetə Pentaqonun adının daimi olaraq dəyişdirilməsinə imkan verəcək qanunvericilik və icraedici tədbirləri hazırlamağı da tapşıracaq.
Ağ Evin qeyd etdiyi kimi, tam rəsmi adın dəyişdirilməsi Konqresin təsdiqini tələb edir.
Chosen
4
1
yeniavaz.com

2Sources