Müdafiə naziri İsrael Katz İsrail ordusunun əməliyyatlarının HƏMAS təslim olana qədər davam edəcəyini deyib.
APA xəbər verir ki, Katz bu barədə özünün “X” hesabında bildirib.
O qeyd edib ki, HƏMAS şərtləri qəbul edənə qədər İsrail ordusunun fəaliyyəti intensivləşəcək.
“Bu şərtlərin başında bütün girovların azad olunması və HƏMAS-ın tərksilah edilməsidir. Yoxsa məhv olacaqlar”, - İsrailin müdafiə naziri xəbərdarlıq edib.
"Cebheinfo.az"