EN

Bu sürücü heç bir keçiddə piyadalara yol vermədi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Xırdalan şəhərində yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, 77-UY-109 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü piyada keçidində dayanmış digər maşının yanında sürətini azaltmadan yoluna davam edib. Bu zaman piyadaya yol verməyərək təhlükə yaradıb.

Bundan sonra sürücü eyni qayda pozuntusunu növbəti keçiddə də təkrarlayıb. Videoda aydın görünür ki, bir qadın keçidin ortasında dayanaraq avtomobillərin ona yol verməsini gözləyib, lakin sürücü yenə də piyadaya məhəl qoymadan hərəkət edib.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
avtosfer.az

1Sources