EN

Ötən il ölkədə un ehtiyatı 25% azalıb, şəkər ehtiyatı isə 61%-dən çox artıb

BAKI, 5 sentyabr. TELEQRAF

2024-cü ildə Azərbaycanda un ehtiyatları 1 milyon 764 min 476 ton olub.

Teleqraf Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2019-cu illə müqayisədə ölkədə un ehtiyatları və istifadəsi 25% azalıb.

Ötən il ölkədə çay ehtiyatı və istifadəsi 16 min 758 ton olub, 2019-cu illə müqayisədə bu göstərici 37.6% azalıb.

Hesabat dövründə şəkər ehtiyatı isə 1 milyon 173 min 529 ton olub. Ölkədə şəkər ehtiyatı və istifadəsi 61.4% artıb.

Chosen
29
teleqraf.com

1Sources